Mərakeşdə zəlzələdən zərər çəkmiş ərazilərdə 6,6 milyon insan yaşayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası zəlzələnin nəticələri ilə bağlı yeni hesabat dərc edib.

Xatırladaq ki, Mərakeş sentyabrın 8-də yerli vaxtla saat 23:00 radələrində 6,8 bal gücündə zəlzələ ilə sarsılıb. 19 dəqiqə sonra isə bölgədə 4,9 bal gücündə yenidən zəlzələ baş verib.

Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 2 min 946 nəfər, yaralıların sayı isə 5 min 674 nəfərdir.

 

Gözəl Həşimova