"Knight Frank" konsatlinq şirkəti bu ilin II rübündə mənzillərin qiymətlərinin illik müqayisədə artım tempinə görə dünya şəhərlərinin reytinqini dərc edib.
"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumatına görə, siyahının ilk pillələrində Türkiyə şəhərləri qərarlaşıb. Belə ki, reytinqin birinci yerində olan İzmir şəhərində son 12 ay ərzində mənzillərin qiyməti 28,1% artıb. Reytinqin ikinci və üçüncü pillələrini isə Ankara (26,4%) və İstanbul (20,2%) bölüşdürür. Rusiyanın Sankt-Peterburq şəhəri (16,2%) siyahının beşinci yerində qərarlaşıb.
Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri, o cümlədən postsovet ölkələrinin Kiyev (11-ci yer – 11,2%), Tallin (27-ci yer – 7,9%), Vilnüs (35-ci yer – 7%), Moskva (92-ci yer – 2,4%) və Riqa (121-ci yer – 0,1%) şəhərləri də yer alıb. Reytinqi Dehli (-5,8%), Dubay (-6,6%) və Əbu-Dabi (-8,3%) tamamlayır.
Mənzillərin qiymətlərinin artım tempinə görə şəhərlərin reytinqini:
# |
Şəhər |
Son 1 ildə qiymət artımı, % |
1 |
İzmir (Türkiyə) |
28,1 |
2 |
Ankara (Türkiyə) |
26,4 |
3 |
İstanbul (Türkiyə) |
20,2 |
4 |
Manila (Filippin) |
18,3 |
5 |
Sankt-Peterburq (Rusiya) |
16,2 |
6 |
Seul (Cənubi Koreya) |
15,2 |
7 |
Lüksemburq (Lüksemburq) |
13,9 |
8 |
Ottava (Kanada) |
13,0 |
9 |
Zaqreb (Xorvatiya) |
12,6 |
10 |
Halifaks (Kanada) |
11,8 |
11 |
Kiyev (Ukrayna) |
11,2 |
12 |
Lion (Fransa) |
10,9 |
13 |
Hobart (Avstraliya) |
10,8 |
14 |
Milan (İtaliya) |
10,8 |
15 |
Afina (Yunanıstan) |
10,5 |
16 |
Monreal (Kanada) |
10,3 |
17 |
Budapeşt (Macarıstan) |
9,8 |
18 |
Bratislava (Slovakiya) |
9,7 |
19 |
Buxarest (Rumıniya) |
9,6 |
20 |
Sidney (Avstraliya) |
9,4 |