Meksikada üç silahlı şəxs insanların əyləndiyi məkana daxil olaraq atəş açıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Syudad Obreqon şəhərində baş verən hadisə nəticəsində 6 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Ölənlərdən ikisi 18 yaşdan kiçik, yaralılardan beşi isə uşaqdır. Yaralılardan dördünün xəstəxanalara yerləşdirildiyi və vəziyyətlərinin ağır olduğu, digər 13 nəfərin isə müalicə olunaraq evə buraxıldığı bildirilir.

Meksika polisi faktla bağlı araşdırmalara başlayıb.