"Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərə verməyə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Qranada keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərə verməyə bilər. İndi sanksiya vaxtı deyil. bu addım səmərəsiz ola bilər. Hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır", - Makron qeyd edib.