Rusiyanın neft şirkəti “Lukoyl” bu il Xəzər dənizindəki "Qrayfer" yatağında hasilata başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Vadim Vorobyov bildirib.

Onun sözlərinə görə, bu yataqda hasilat platosu ildə 1,2 milyon ton neft təşkil edir, quyuların sayı isə 16-dır.

Qeyd edək ki, “Lukoyl” Xəzər dənizinin Rusiya sektorunda 11 yataq kəşf edib.

 

Gözəl Həşimova