İran prezidenti İbrahim Rəisinin ölümündə ABŞ günahkardır. Çünki onun sanksiya siyasəti Rəisinin helikopterinə texniki xidmət göstərməyi qadağan edirdi. 

"Operativ Media" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

"Bir şəxs kimi, bir prezident kimi deyim ki, bütün günahkarın səbəbi ABŞ-nin mənfur, iyrənc mövqeyidir. İlk növbədə, bu əclafların gəmilərə, təyyarələrə, vertolyotlara qarşı sanksiyalar tətbiq etməyə haqqı yox idi", - o, mətbuat konfransında bildirib. 

Belarus lideri ABŞ-nin onun təyyarəsinə qarşı da sanksiyalar tətbiq etdiyini xatırladıb: "Onların hamısı mömindirlər. Mən mistik deyiləm, amma vaxt gələcək, bunun üçün hamı cavab verəcək, tam cavab verəcək, okeanın arxasında gizlənməyəcək".