"Liviyanın şimal hissəsində təbii fəlakət nəticəsində ölənlərin sayı 11 mini keçib. 20 minə yaxın insan təbii fəlakətdən zərər çəkib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Liviya Qızıl Aypara Cəmiyyəti yayıb.

Cəmiyyətin məlumatına görə, sel ən azı 2 min cəsədi dənizinə atıb. Qruplar dağılmış evlərin dağıntıları altında və sahil sularında həyatını itirənlərin cəsədlərini axtarır.