Liviyada sel nəticəsində yaşanan fəlakət nəticəsində 11 min 300 nəfər ölüb, 10 mindən çox insan isə itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) yazılı açıqlama verilib. 

Bildirilib ki, Liviyanın şərqində baş verən seldən ən çox zərər çəkən Derna şəhərində vəziyyət olduqca acınacaqlıdır. 

"Dernada indiyədək 11 min 300 adam ölüb, 10 min 100 insan isə itkin düşüb", - açıqlamada qeyd edilib. 

Məlumata görə, hazırda fəlakət yaşanan ərazilərdə yerli və beynəlxalq qrupların xilasetmə işləri davam edir. Məcburi köçkünlərin sayının minlərlə nəfərə çatdığı və onların bir çoxunun məktəbə yerləşdirildiyi, hazırda dəqiq rəqəmin məlum olmadığını qeyd edilib.