Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.