"G20 Liderlər Zirvəsi dünya iqtisadi maraqlarının tarazlığının təmin edilməsi üçün təlimatlar baxımından dönüş nöqtəsi oldu".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

Ərzaq təhlükəsizliyi sahəsində irəliləyişin necə olacağı ilə bağlı mühüm razılaşmaların olduğunu bildirən Lavrov Qərbin mövqeyində dəyişiklik etməli olduğunu bildirib.

Lavrov deyib: "Qərb hücumların dayandırılması və kritik infrastrukturun, enerji və kənd təsərrüfatı ilə bağlı infrastrukturun məhv edilməməsi çağırışını qəbul etdi. Bu, birbaşa qeyd olunmur, lakin hamı bilir ki, bura "Şimal axını" xətlərindəki terror aktları və digər terror hücumları daxildir".

G20-yə üzv ölkələr arasında Ukraynada baş verənlərlə bağlı düzgün anlayışın olduğunu bildirən Lavrov əlavə edib: "Kiyev rejimi öz ölkəsinin ərazi bütövlüyünü təkbaşına məhv etdi. İndi xalqların öz müqəddəratını təyinetmə prinsipi qüvvəyə minib. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və beynəlxalq hüquqa tam uyğundur. Biz bunu bir daha çox aydın və dəqiq izah etdik".