Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ilə bağlı İrəvandan eşidilən bəyanatlar Ermənistan rəhbərliyinin suveren seçimidir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

"Əgər Ermənistanın bəzi liderlərinin bəyan etdiyi kimi, Rusiya və KTMT-dən məyus olub, öz təhlükəsizliklərini gücləndirmək üçün yeni tərəfdaşlara yönələcəklərsə, bu, Ermənistan rəhbərliyinin suveren seçimidir”, - deyə o bildirib. 

Lavrovun sözlərinə görə, Moskva rus və erməni xalqları arasında əsrlər boyu mövcud olan əlaqələrin pozulmayacağına ümid edir.