Laçın rayonunda sürücünün ayını qovması ilə bağlı görüntülər yayılıb.

İqtisadiyyat.az xəbər verir ki, görüntülər sosialı şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Görüntülərdə sürücünün qarşıda hərəkət edən ayını qovması və onların bu mənzərəni mobil telefon vasitəsilə lentə almaları əks olunub.

Qeyd edək ki, gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın zəngin faunaya malikdir. Rayonun təbiətində qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.