Kürdəmirdə intihara cəhd hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Səlimov Orxan Cabbar oğlu özünü yaşadığı evin həyətində məftillə asaraq intihara cəhd edib.

Hadisədən vaxtında xəbər tutan yaxınları onu xilas ediblər və dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, yaxınları Orxan Səlimovun ruhi xəstə olduğunu bildiriblər.

Hazırda fakt araşdırılır.