Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı eyni markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.