Qurban Bayramı yaxınlaşdıqca, bayram mərasimləri ilə bağlı suallar da ortaya çıxır.

Türkiyənin din alimləri ölkə əhalisinin böyük hissəsini maraqlandıran məsələyə - qurbanın kreditlə alınaraq kəsilməsinə aydınlıq gətirib.

İstanbul Sabahattin Zaim Universitetinin (İZÜ) İslam Elmləri Fakültəsi professoru Rəcəb Cici bildirib ki, qurban krediot kartı ilə alınıb kəsilə bilər. Birşərtlə ki, ödənişlər vaxtında edilsin və faiz hesablanmasın. Əks təqdirdə bu günah sayılacaq. Əgər belə olacaqsa, qurbanı kəsməsələn daha yaxşıdır.

Qurban ibadətinin əhəmiyyətinə diqqət çəkən professor bildirib ki, qurbanı zənginlər kəsməlidir.FED.az