Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) problemli kreditlərlə bağlı şikayətlərin qəbul olunması üçün sistem yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, hesablanan kompensasiya məbləği və ya olunan güzəştlərdə yanlışlıqların olduğunu iddia edənlər, adı problemli kreditlərlə bağlı siyahıda olmayan vətəndaşlar Palatanın yaratdığı sistemdə qeydiyyatdan keçməli və sistem vasitəsilə Apellyasiya komissiyasına müraciət etməlidir.