Asiya İnkişaf Bankının mütəxəssisləri qlobal iqtisadiyyatda koronavirus pandemiyası nəticəsində itkinin bu il 5,8 trilyondan 8,8 trilyon dollara qədər olacağını proqnozlaşdırırlar.

MK analitiklərə istinadla xəbər verir ki, bu, dünya ÜDM-nin (ümumi daxili məhsul) 6,4-9,7%-nə bərabərdir.

Zərərin 8,8 trilyon dollarlıq maksimum həddi məhdudiyyətlərin altı ay ərzində qüvvədə qalacağı ehtimalı üçün hesablanıb.