Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.

Fonda indiyə qədər 113 460 503 manat ianə köçürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.