Bu ilin ynvar-aprel aylarında Azərbaycanın sığorta bazarında toplanan 311 milyon 337 min manat sığorta haqqının 209 milyon 807 min manatı və ya 67,4%-i könüllü sığortaların payına düşüb. 
Sığorta haqlarının 101 milyon 530 min manatı və ya 32,6%-i isə icbari sığorta növlərinin hesabına toplanıb. 

2019-cu ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə sığorta haqlarının yığımı 19,1%, icbari sığorta növlərində  yığımlar isə 14% artıb. 

Bu dövrdə 105 milyon 565 min manat sığorta haqqı ödənilib ki, bu məbləğin 80 milyon 282 min manatı və ya 76%-i könüllü sığortaların payına düşüb. 

Sığorta ödənişlərinin 25 milyon 283 min manatı və ya 24%-i icbari sığortalar üzrə ödənilib.  

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə ödənişlər 85,2% artıb, icbari sığortalar üzrə isə  ödənişlər 8,5% artıb.(FED.az)