ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun başçılıq etdiyi nümayəndə heyəti mayın 26-dan 30-dək Tayvana səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu (AIT) məlumat yayıb.

Ümumilikdə nümayəndə heyətinə altı konqresmen daxil olacaq.

"Nümayəndə heyəti ABŞ-Tayvan münasibətləri, regional təhlükəsizlik, ticarət və investisiyalar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmək üçün Tayvanın yüksək səviyyəli liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək", - AIT-in bəyanatında deyilir.