Konqo Demokratik Respublikasının qərbində, paytaxt Kinşasadan 190 km aralıda, icmalararası toqquşmalarda biri əsgər olmaqla azı 19 nəfər həlak olub.

İqtisadiyyat.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin kommunikasiya və media naziri, hökumət sözçüsü Patrik Muyaya Katembve Nazirlər Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, qarşıdurmalarda Teke və Yaka etnik qruplarından olan icmalar iştirak edib. Qeyd olunub ki, Yaka silahlıları öz fəaliyyətlərini Kinşasa əyaləti ilə həmsərhəd olan Mərkəzi Konqo əyalətinin ərazilərində genişləndirirlər.