Kondisionerlərin yaratdığı legionella bakteriyaları ölümlə nəticələnə bilər.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, yayın isti günlərini qapalı məkanlarda rahat keçirmək üçün kondisionerdən sıx istifadə olunur. Lakin istifadə edilən kondisioner bir sıra xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklərdən ən çox yayılanı pnevmoniyadır. 

Kondisionerin yaratdığı legionella bakteriyasından yaranan pnevmoniya qış mövsümündə müşahidə edilən pnevmoniyadan fərqlidir. Belə ki, legionella bakteriyasının səbəb olduğu pnevmoniya daha ağırdır. Buna səbəb isə təmizlənməmiş kondisionerlərdir.

Əgər şəxsdə yüksək hərarət, burun axması, öskürək, bəlğəm ifrazı kimi əlamətlər 48 saatdan çox davam edərsə, bu halda həkimə müraciət etmək lazımdır. Legionella pnevmoniyası xüsusi antibiotiklə müalicə olunur. Bu xəstəliyin qarşısını almaq üçün  kondisionerli mühitlər mütəmadi olaraq havalandırılmalıdır.

Gülşən Şərif