Bu ilin II rübündə Türkiyənin “Koç Holdinq” şirkətinin gəlirləri 14,8% azalaraq 34,5milyard türk lirəsinə (4,68 milyard ABŞ dollara) enib.

Hesabat dövründə şirkətin xalis mənfəəti isə 31,3% azalaraq 961,4 milyon türk lirəsi (130,5 milyon ABŞ dolları) olub.

Məlumata görə, bu ilin I yarısında “Koç Holdinq”in konsolidasiya edilmiş cəmi gəliri 74 milyard TL (10,04 milyard ABŞ dolları), ümumi xalis mənfəəti isə 4,4 milyard TL (597,2 milyon ABŞ dolları) olub.

“Balanslaşdırılmış portfel quruluşumuz, sağlam balans hesabatı və nizamlı idarəetmə yanaşması, rəqəmsal səlahiyyətlər, çevik idarəetmə, güclü diler şəbəkəsi və səmərəli təchizat şəbəkəsi sayəsində ilin birinci yarısında müsbət maliyyə nəticələrini əldə etdik. Ağıllı siyasətimiz sayəsində bütün dünya və ölkəmiz üçün iqtisadi cəhətdən çətin olan bu prosesin mənfi iqtisadi təsirlərini azalda bildik",- deyə şirkətin İdarə heyəti başçısı (CEO) Levent Çakıroğlu deyib.report