İraqın qərbindəki Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Hücumun nəticələri barədə məlumat verilmir. 

Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə ölkədəki ABŞ hərbi bazalarına hücumları müzakirə edib. Blinken Baş nazirdən bu hücumların arxasında duranların mühakimə olunmasını və İraqın bu ərazilərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.