"Fransa Ermənistanla müqavilə imzalamağa razı oldu və bunun sayəsində Paris İrəvanı hərbi texnika ilə təmin edə biləcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistandakı təmaslarından sonra mətbuat konfransında bildirib.

"Fransa Ermənistan və Fransa arasında sazişin imzalanmasına razılıq verib. Buna əsasən, Paris ölkənin müdafiəsini təmin etmək üçün Ermənistana hərbi texnika verə biləcək", - o qeyd edib.