“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
İqtisadiyyat.az xəbər verir ki, ümumi yığıncağın martın 29-da saat 11.00-da keçirilməsi nəzərdə tutulub.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması. Məruzəçi: Zaur Musayev
II. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi. Məruzəçi: Zaur Musayev
III. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi. Məruzəçi- Yaşar Məmmədov.
IV. Digər məsələlər. Məruzəçi - Yaşar Məmmədov.