Kanadada səlahiyyətlilər meşə yanğınları ilə mübarizədə daha bir xilasedicinin həyatını itirdiyini açıqlayıb.

İqtisadiyyat.az bu barədə BBC-ə istinadən xəbər verir. Beləliklə, bu ilki meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.


Qeyd edək ki, yanğınlar Britaniya Kolumbiyası bölgəsində nəzarətsiz ərazilərdə başlayıb. Bu il Kanadada baş verən meşə yanğınlarında külə çevrilən meşə sahəsinin ölçüsü 12 milyon hektarı keçib. 

Bu il Kanadada baş verən 990 yanğından 613-ü hələ də davam edir və nəzarətdən çıxıb.