“Kadırov tipik ağır böyrək çatışmazlığından əziyyət çəkir". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov özünün teleqram kanalında yazıb.

Venediktov qeyd edib ki, bu xəstəlik tez-tez hemodializ tələb edir. Sabiq baş redaktorun sözlərinə görə, hazırda Mərkəzi Klinik Xəstəxanada belə prosedurlar həyata keçirilir. Onun sözlərinə görə, Ramzan Kadırovun həmin xəstəxanaya gedib gəlməsi də məhz bununla bağlıdır.

Qeyd edək ki, artıq bir neçə gündür Çeçenistan lideri R.Kadırovun səhhəti ilə bağlı şayiələr dolaşır. Bəzi çeçen müxalif fəalları onun hətta komaya düşdüyünü bildirib. 

Kadırov isə özünə məxsus olan teleqram kanalından videolar paylaşaraq səhər idmanı ilə məşğul olduğunu qeyd edib.