İzmirin Menderes rayonunda meşə yanğınına müdaxilə etmək üçün Tahtalı bəndindən su götürmək istəyən helikopter qəzaya uğrayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bölgəyə Jandarma, Polis, Sahil Təhlükəsizlik və AFAD qrupları sövq edilib. 

Qəza zamanı helikopterdə 4 nəfər olub. Onlardan biri, Qırğızıstan vətəndaşı olan ikinci pilot sağ-salamat xilas edilib. Vəziyyətinin ağır olduğu öyrənilən pilot SBU Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Digər 3 ekipaj üzvü itkin düşüb.

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səhər saatlarında "X" sosial media platformasında açıqlama verərək, hadisənin təfərrüatlarını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Bölgədə qrupların axtarış-xilasetmə işləri davam edir.