İtaliyada, xüsusən də paytaxt Roma, Milan və Neapolda taksi sürücüləri ilə bağlı araşdırmalar başladılıb.

İqtisadiyyat.az xəbər verir ki, İtaliyanın rəqabətə nəzarət orqanına iri şəhərlərdə taksi çatışmazlığı ilə bağlı xəbərlər daxil olub. Bundan sonra orqan taksi sürücüləri ilə bağlı araşdırmaya başlayıb.

İtaliya hökuməti taksi çatışmazlığı ilə bağlı "vətəndaşlar üçün səmərəli və şəffaf, taksi sürücüləri üçün ədalətli və bazara hörmətli" bir həll tapmaq üçün yaxın günlərdə taksi xidməti məsələsini araşdıracağını söyləyib.