Macarıstan İsveçin NATO üzvlüyünə dair ratifikasiya sessiyasının payıza təxirə salındığını elan edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Macarıstanda İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün müxalifətin təşəbbüsü ilə keçirilən parlamentin növbədənkənar sessiyasında kvorum əldə olunmadığı üçün səsvermə keçirilə bilməyib.

Belə ki, hakim partiyanın deputatları İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün müxalifət partiyalarının deputatlarının keçirdiyi növbədənkənar parlament iclasına etiraz edərək iclasa qatılmayıblar. Parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiya üzvlərinin iclasa qatılmamasından sonra İsveçin NATO-da iştirakının təsdiqi ilə bağlı səsvermə təxirə salınıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto bildirib ki, İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi hazırda sadəcə texniki məsələdir.

Gülşən Şərif

İqtisadiyyat.az