İsveçin paytaxtı Stokholmda Qurana hücum edilib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu dəfəki hücum da polisin himayəsi ilə baş tutub.

Belə ki, İsveçin paytaxtı Stokholmun Bromma bölgəsində 47 yaşlı İran əsilli Bayrami Mərcan adlı şəxs polisin himayəsi altında Quranı yandırıb. O, bütün dinlərin məhv edilməsi lazım olduğunu müdafiə edib.

Mərcan Quran kitabını yandırarkən, polis ərazidə təhlükəsizlik tədbirləri görüb.

Qeyd edək ki, son bir neçə gündür İsveç və Danimarkada silsilə şəkildə Qurana hücumlar təşkil edilir.