Sentyabrın 8-də xristian icmalarının nümayəndələri qırmızı rəngli paltarlar geyinərək Höteborqdakı məscidin yanında toplaşıblar.

İqtisadiyyat.az xəbər verir ki, nümayiş müsəlmanlara dəstək əlaməti olaraq keçirilib.

Aksiya iştirakçıları “Nifrəti söndür” plakatı ilə cümə namazı vaxtı məscidə gəliblər.

“Qırmızı – məhəbbət rəngidir. İsveç müsəlmanları artan güvənsizlik hiss edirlər və biz ümid edirik ki, bu gün buraya gələnlər namaz qılıb onların dostlarının olduğunu görəcəklər”, - deyə pastor Marika Palmdal vurğulayıb.

Məscidin imamı Fərəc Semmo minnətdarlığını bildirərək, nümayiş iştirakçılarına gül təqdim edib.

Müsəlmanlara dəstək aksiyaları gələn həftə Höteborqun digər yerlərində də planlaşdırılır.