İsveç hökuməti Qəzza zolağının sakinlərinə humanitar yardımı artırmaq qərarına gəlib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İsveç Qəzzaya 120 milyon kron (11,2 milyon dollar) dəyərində yeni paket ayırıb.

Ayrılan vəsait bir neçə sahə üzrə bölüşdürülür. 20 milyon kronu Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fonduna (UNICEF), 20 milyonu BMT-nin Əhali Fonduna (UNFPA) və 80 milyon kron isə BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) gedəcək.

 

Gözəl Həşimova