İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünya təşkilatının baş katibi Antonio Quterreşi vəzifəsindən getməyə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, onun iddiasına görə, BMT baş katibinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi ona bu vəzifəni tutmağa imkan vermir.

"Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasını başa düşməyən BMT-nin baş katibi BMT-yə rəhbərlik etməyə yaraşmır. Mən onu dərhal istefaya çağırıram", - Erdan sosial şəbəkədəki səhifəsində yazıb.