İsrail hərbçiləri Qəzza zolağındakı Əl-Şifa xəstəxanasının əməkdaşlarına bir neçə min litr su və qida paketi verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir. 

“İsrail Müdafiə Qüvvələri tərəfindən Əl-Şifa xəstəxanasına 4 min litrdən çox su və 1,5 min paket hazır yemək göndərilib”, - deyə məlumatda bildirilir.