Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatının 18 metr dərinlikdə uzanan 800 metr uzunluğunda tuneli dağıdılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Gecə əsgərlər 18 m dərinlikdə uzanan 800 m uzunluğunda tuneli məhv ediblər. Bundan əlavə, qoşunlar onlarla terror strukturunu məhv edib və ərazidə külli miqdarda silah və kəşfiyyat aktivləri aşkar ediblər", - məlumatda bildirilib.

"Qoşunlar Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın potensialına ciddi ziyan vurur və bu əraziyə nəzarəti gücləndirir", - məlumatda qeyd edilib.