İsrail ordusu Livanın cənubunda sərhəd bölgəsinə yaxın qəsəbə və ətraf ərazilərdə Hizbullah mövqelərinə hücumlar həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNAməlumat yayıb.

Məlumata görə, İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalar nəticəsində Mercayun rayonunda bəzi evlərə ziyan dəyib.

Bundan əlavə, İsrail artilleriya bölmələri Rmeiş şəhərinin ətrafına zərbələr endirib.