"İsrail şimal sərhədində artan gərginliyi qeydə alır və bunu İranın dəstəyi ilə fəaliyyət göstərən Hizbullah təşkilatının səyləri ilə müharibəyə başlamaq cəhdi kimi qiymətləndirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Koen BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq regionunda vəziyyətlə bağlı açıq debatda çıxışı zamanı deyib.

"İranın Hizbullah şəhərlərimizi hədəfə aldığı şimal sərhədimizdə gərginliyi gücləndirmək və müharibəni qızışdırmaq üçün açıq cəhdlər edir", - nazir qeyd edib.