"İsrail Qəzza zolağında saxlanılan girovlar azad edilənə qədər anklavda humanitar fasiləyə razı olmayacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Son zamanlar biz "humanitar fasilə" sözlərini daha çox eşidirik. Sizə demək istəyirəm ki, mənim üçün humanitar fasilə ilk növbədə girovlarımız, xüsusilə qadınlarımız, uşaqlarımız və qocalarımız deməkdir. Girovları qaytarmadan heç bir humanitar fasilə olmayacaq", - o, mətbuat konfransında bildirib.