"İsrail ordusunun bölmələri eyniadlı Fələstinin sahilyanı anklavının ən böyük şəhəri olan Qəzzanın tam mərkəzində HƏMAS təşkilatına qarşı döyüşür". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.

"Hazırda Qəzza zolağının əsas mərkəzlərində döyüşürük. Mən oradan təzəcə qayıtdım. On ildə ilk dəfədir ki, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mərkəzində döyüşür", - Finkelman deyib. 

O vurğulayıb ki, İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı mürəkkəb və çətin müharibədir, əməliyyatların böyük xərcləri var: "Məqsədlərimiz bəllidir: HƏMAS terror təşkilatını məhv etmək və girovların evlərinə qayıtması üçün şərait yaratmaq".