İspaniyanın baş naziri Pedro Sançes Qərb ölkələrində avtokratik rejimlərin yayıldığı fikrini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş nazir parlamentin iclasında çıxışı zamanı deyib.

"Həqiqətən, bu dəhşətli tendensiya yalnız daha dərin problemlərin əlamətidir. Həqiqətən, ultra sağçılar yüksəlir və avtokratik rejimlər Qərbdə və dünyanın digər yerlərində çoxalır", - Sançes qeyd edib.

Sançes diqqətə çatdırıb ki, pul yığmaq, ev almaq və ya sadəcə olaraq tətilə getmək insanlar üçün getdikcə daha çətin bir işə çevrilir: "Biz bu eroziyanı dayandırmalıyıq və bunu öz dəyərlərimizdən, ekoloji böhrandan və yoxsul ölkələrin ehtiyaclarından üz döndərmədən etməliyik".