Dünəndən İraqda istifadəsi mümkün olmayan "Telegram"ın hökumət tərəfindən bağlandığı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu basrədə İraqın Rabitə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, "Telegram"ın bağlanması ilə bağlı qərarın "dövlətin yüksək səviyyəli səlahiyyətlilərinin tələbi ilə" qəbul edildiyi bildirilib.

Buna səbəb “dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması” kimi izah edilib.

İraqda "Telegram"dan aktiv şəkildə istifadə edən İranın dəstəklədiyi şiə milislər bu addıma sərt reaksiya verib.

Sözügedən şiə milisləri iddia edib ki, "Telegram"ın bağlanması əmrini hökumətə ABŞ səfiri verib.