İranın Parisdəki səfirliyinə hücum edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Hücum zamanı binanın konsulluq bölməsi qarşısında təkərlər yandırılıb, giriş qapısına ziyan vurulub.

"Yanğın polis və yanğınsöndürmə briqadası gəldikdən bir neçə dəqiqə sonra söndürülüb. Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də polis insidentlə bağlı araşdırmanın başlanması və bu cinayət əməlinin arxasında duran şəxslərin müəyyən edilməsi üçün lazımi addımlar atıb", - məlumatda bildirib.