İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bostan şəhərində havanın temperaturu 51,4 dərəcə olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər Agentliyi İSNA məlumat yayıb.

Məlumata görə, Xuzistanın dörd şəhərində termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib. Havanın temperaturu Bostan şəhərində 51,4, Şuş şəhərində 50,8, Dezful şəhərində 50,4, Abadan şəhərində 50,3 dərəcə olub.

İyulun 15-də İranda termometrlər İlam əyalətinin Dehloran şəhərində 51,6, Xuzistan əyalətinin Ümidiyyə şəhərində 51,2, Əhvaz şəhərində 50,8, Ağacari şəhərində 50,3, Ramhürmüz şəhərində isə 50,2 dərəcə isti göstərib.

İyulun 16-da Buşehr əyalətinin Aseluye şəhərində yerləşən Fars körfəzi beynəlxalq hava limanında havanın temperaturu 66,7 dərəcə olub.