Sentyabrın 8-də Şiraz və Qum şəhərlərində biri qadın olmaqla iki məhbusun edam hökmü icra olunub.

İqtisadiyyat.az xəbər verir ki, Təbrizin mərkəzi həbsxanasında saxlanılan Səid adlı 34 yaşlı məhkum da dar ağacından asılaraq edam edilib.

İnsan haqları təşkilatlarının son hesabatına əsasən, iyul ayının 23-dən avqustun 23-nə kimi İranda 69 nəfərin, il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.