İranda narkotik cinayətlərinə görə 11 etnik bəluç edam edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb. 

Təşkilat son bir neçə gündə İranda narkotiklə bağlı cinayətlərdə günahlandırılan 11 bəluc şəxsin edam edildiyini açıqlayıb.

İHR-nin verdiyi açıqlamaya görə, bazar və çərşənbə axşamı səhər saatlarında Zahidan Mərkəzi Həbsxanasında 11 Bəluç, 9 İran və 2 Əfqanıstan vətəndaşı edam edilib. Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

IHR həmçinin bildirib ki, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərə çatıb.

Qeyd edək ki, İranda terror, qətl, zorlama, silahlı soyğunçuluq və narkotik ticarəti kimi cinayətlər ölüm cəzası ilə cəzalandırılır. İran hökuməti 2017-ci ilin aprelində qüvvəyə minən qanunla narkotiklə bağlı cinayətlərə görə cəzaların yüngülləşdirildiyini açıqlayıb. Həmin vaxt Ədliyyə Başçısı Ayətullah Sadik Laricani hakimlərə narkotik cinayətlərinə görə edamını gözləyən məhbusların işlərinə baxmağı tapşırmışdı.