Belarusun müdafiə naziri Viktor Hrenin Tehranda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bakiri ilə görüşüb.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən məlumat verir.

İki ölkənin silahlı qüvvələri arasında çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda Tehran və Minsk arasında hərbi əməkdaşlıq üzrə müştərək komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Hrenin iyulun 31-də Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşüb və görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.