"İran Xarici İşlər Nazirliyi Pakistan Silahlı Qüvvələrinin İran ərazisinə endirdiyi zərbələri qəbuledilməz və qeyri-mütənasib adlandırıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında yerləşdirilmiş bəyanatda deyilir.

"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Pakistanın qeyri-proporsional və qəbuledilməz hərəkətlərini qınayır", - məlumatda qeyd edilir.