"Tehran Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı İslamabaddan dərhal izahat tələb edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin nümayəndəsi məlumat açıqlayıb.

Onun sözlərinə görə, Pakistan ordusu Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə raket hücumu edib.

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat verib ki, Pakistan hərbçiləri antiterror əməliyyatı keçirib, bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib.

 

Gözəl Həşimova